|
|
|
![Dəvəquşu [və ya Deistləşdirəbildiklərindənsinizmi?] Dəvəquşu [və ya Deistləşdirəbildiklərindənsinizmi?]](http://s004.radikal.ru/i206/1007/3c/f187f9de47af.jpg)
Öncə sizə deizm anlamını izah edim.. Bu, gənclər və azyaşlılar arasında çox geniş yayılmış uydurma inanc şəklidir.. Daha doğrusu inancın olmaması.. Bir seçimdir, daha dəqiq seçimin olmaması.. Bir növ: Təsəvvür edin ki, bir tanrı hər şeyi yaradıb, amma eləcə də hər şeyi yox, yalnız materiyanı.. Tanrı dünyanı yaradıb, bizi yaradıb və bizi əhatə edən hər şeyi.. Cənnət və Cəhənnəm anlayışları yoxdur, günah anlayışı yoxdur, tanrı bizi cəzalandırmayacaq, o biri dünya yoxdur, eləcə də savab və mükafat da yoxdur.. Bu qondarma fəlsəfənin nümayəndələri iddia edirlər ki, tanrı bizi azad yaradıb, yani bizim borc, öhdəliklərimiz yoxdur.. Bir təsəvvür edin, İNSAN, amma öhdəlikləri yoxdur.. Məgər insanı insan edən başlıca amil öhdəlikləri deyil? Deistlərə görə tanrı bizi yaratdı və başlı başımıza buraxdı, tamamən bütün dinlərə zidd bir anlayış.. Nəinki heç bir din, hətta heç bir dövlət qurumu, cəmiyyət, toplum və heç bir sağlam düşüncə bunu qəbul etməz.. O biri dünyanın olduğuna inanmayan kütlə anarxiya ilə idarə olunur, daha doğrusu idarə olunmur.. Belə cəmiyyətdə canilər cəzalanmır, fahişələr və rüşvətxorlar günahsızdır, çalışqanlarla tənbəllər eynidir, belə cəmiyyətdə ədalətdən əsər-əlamət yoxdur.. Müasir cəmiyyətimizdə istənilən rock, bir çox rap qruplar, filmlər, TVdə göstərilən hər şey deizmi propaqanda edir.. Propaqanda sözünü eşidəndə daha çox dindarlara atılan ləkə yada düşür, amma hər kəs bilir ki, digərləri daha çox propaqanda ilə məşğuldurlar.. Ən qəribəsi odur ki, bu deizmi daha çox gənlər arasında yayırlar, buna da çox asan cavab vermək olar: Gənc qızın beyninə yeridilsə, ki, o biri dünya və günahların cəzası yoxdur, ondan istifadə etmək olar, artıq mənəvi dəyərlərin oynadığı rol, namus, əxlaq kimi anlamlar əhəmiyyətini itirir, bunun yerində qürur, insanların danışacaqları dayanır ki, bunu da sonra KİM NƏ DEYİR DESİN kimi sözlərlə tamamilə silirlər.. Onsuz da mənəvi dəyərə əhəmiyyət verməyən insan buna da əhəmiyyət verməz, necə deyərlər ALLAHDAN QORXMAYAN QULDAN UTANMAZ.. Bu qorxu sözünü də çox vaxt deizmi qəbul etdirmək istədikləri insanlara tərsinə izah edirlər, guya inanan insanlar Allahdan ona görə qorxur ki, O zalımdır, hamını Cəhənnəmdə yandırır və əzab verir.. Guya bunlar Cəhənnəmi inkar edən kimi ondan azad olunacaqlar.. Bədbəxt dəvəquşları.. Bəli məhz dəvəquşu təhlükə görəndə başını quma soxur və zənn edir ki, o təhlükəni görməzsə, təhlükə də onu görməz.. Quranda isə Allah buyurur ki, onlar Cəhənnəmə atıldıqlarında onlara DADIN İNANMADIĞINIZ CƏHƏNNƏMİN ƏZABINI deyiləcək.. Bu arada deiztlərin nəzərinə çatdırıram ki, inanan insanlar Allahdan uşağın öz pis əməli üçün anasından qorması səbəbilə qorxurlar.. Əgər biz Onun qanunlarına uyğun yaşasaq, əla qiymət alıb evə gələn uşaq kimi sevincli gedərik Onun hüzuruna.. Bütün bunları demirlər qəbul etdirdikləri insanlara.. Plan çox sadədir, oncə PUNK və buna bənzər iyrənc fəlsəfələr gözəl don geydirilmiş şəkildə təbliğ olunur və din fərqi yoxdur pərdəsi altında guya humanizm təbliğ edilir, sonra birdən birə bu DİN FƏRQİ YOXDUR ifadəsindən “FƏRQİ” ifadəsi yoxa çıxır və şəxsiyyətsiz Nitşe və OŞO kimi zibillərin kitabları yeridilir cavanların yeni formalaşan beyinlərinə.. Din çox pis bir yol kimi göstərilir, onsuz da istənilən oğlana desən ki: “Heç bir günah yoxdur, istədiyin qızı səninçün dinsizləşdirək və istədiyin kimi şellən, xarici rock qruplarına özünü bənzət, valideynlərə qarşı çıx, dərs oxuma, bizimlə bütün günü küçələrdə sülən..” bu onun üçün GƏL SƏNƏ İSTƏDİYİN HƏR ŞEYİ VERƏK kimi şeytani bir vəddir.. KİM BU YALANA ALDANMAZ Kİ?! Ətrafımızda belə DƏBDƏ OLAN “DİN”LƏRə inanlar çoxdur.. Deizmin geniş yayılmış və daha qorxunc bir qolu da AQNOSTİZM adlanır.. Aqnostiklər nəinki tanrıdan başqa heç nəyə inanmırlar, hətta onlar tanrını yeri gələndə söyür, ona qəzəblənir və hesab istəyirlər.. Sanki onların bütün günahları tanrının boynundadır və o onlara bu dünyada zülm edir.. Mən belə anlayıram ki, deizmin qəbul etdiyi tanrı bostan qorxuluğundan başqa birşey deyil, nə qanunları var, nə cəzası, nə mükafatı, nə idarəetməsi, nə elmi, nə digər dünyası.. O heç nə bacarmır, oturub göydə, hansısa bir planetdə, monitordan onlara baxır, onlar necə günah işlədirlər, bunları izləyir və fəaliyyətsizdir.. Bu tanrının guya yunan bütlərindən, misir tanrılarından nə fərqi var ki?! O bütlər heç olmazsa uydurma qanunlara malik idilər.. Bir sözlə bu dəvəquşları bizə sübut etməyə çalışırlar ki, bu azadlıqdır.. Əslində bu köləliyin digər formasıdır, biz şeytanın və ÖZBAŞINA – nəfsimizin köləsinə çevrilirik, həm də bu köləliyin qəfəsi qızıldandır.. Məqaləmin oxucularını bilmirəm, amma mən öz əqidəmi bu cür yalanlara dəyişmək fikrində deyiləm.. Mən Musanın əsasındakı möcüzəni, İsanın ruhunu, Muhammədin sevgisini, Məryəmin əxlaqını, İbrahimin dostluğunu, Adəmin böyüklüyünü, Eyyubun səbrini və s.. gözəllikləri heç nə ilə dəyişmərəm.. İslam, eləcə də ondan öncəki dinlər içkini, murdar donuz ətini, zinanı, oğurluğu, insan öldürməyi, haqqa girməyi qadağan edib, sevgini və yaxşılığı, ailəni və dostluğu əmr edirsə, mən niyə başqa yol axtarım ki? Bu göz görə-görə suyu qoyub oda atılmaq deyilmi?! Mən Ona təmənnasız inanıram, dinimin qanunlarını ona görə sevirəm ki, onlar pisliyi qadağan, yaxşılığı əmr edir.. MƏN O BİRİ DÜNYA OLMASAYDI, YENƏ MÜSƏLMAN OLARDIM.. Qeyd: Allaha və onun dini olan İslama TAMAMİLƏ iman gətirməyən, İslamın bircə qanunu, Quranın bircə ayəsinə, orda adı keçən bircə peyğəmbərin, mələyin mövcudluğuna inanmayan insan İMANSIZ və ya KAFİRdir..Müəllif : NUR [nurnongrata.com] Diqqət..!!Bu xəbəri müəllifdən [NUR] icazəsiz yayımlamaq qəti qadağandır..!
|
|
|